Slimfit
  1. SİYASƏT

Erməni alim Qarabağın Azərbaycan ərazisi olduğunu necə isbatladı - Araşdırma

Erməni alim Qarabağın Azərbaycan ərazisi olduğunu necə isbatladı - Araşdırma
Sakura

Erməni alim Qarabağın Azərbaycan ərazisi olduğunu necə isbatladı - Araşdırma

Ronald Qriqor Suni erməni əsilli amerikalı tarixçidir. Onun 2009-cu ildə "Erməni xalqı: qədim dövrdən bu günə kimi" kitabının çapdan çıxması ermənilərin qəzəbinə səbəb olmuşdu. R.Sunini ABŞ-ın tapşırığı ilə Ermənistanın tarixini saxtalaşdırmaqda ittiham edirdilər. Çünki, professor kitabda Dağlıq Qarabağı azərbaycanlıların tarixi vətəni kimi göstərmişdi. Eynilə Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinin dediyi kimi: Qarabağ Azərbaycanın ərazisidir!
Sonxeber.az-ın məlumatına görə, 1997-ci ildə Ermənistandakı Amerikan universitetindəki çıxışından sonra Ronald Suni bəzi milliyətçi mövqeli erməni tarixçi və KİV-i tərəfindən "erməni vətənpərvərliyinin" olmamasında və keçmişdə İrəvanda müsəlman əhalinin ermənilərdən çox olması haqda qeyri-dəqiq mənbələrdən istifadə etməkdə ittiham olunurdu. Alim isə israr edirdi ki, o, mənbə kimi Corc Burnutyanın və Riçard Hovanisyanın əsərlərində olan rəsmi Rusiya sənədlərindəki məlumatlardan istifadə edib.
Bu etirafı erməni diasporu radikallarının etirazına səbəb olmuşdu.
Miçiqan Universitetinin Erməni Araşdırmaları Proqramının yaradıcısı R.Suni kitabında Dağlıq Qarabağın qədim albanların tarixi torpağı olduğunu qeyd etmişdi. Qədim albanların isə azərbaycanlıların və türklərin əcdadları olduğunu yazan professor, Dağlıq Qarabağın azərbaycanlılara məxsus olduğunu vurğulayırdı. Suni yazırdı: "Tarixi Ermənistan" adlanan ərazilərə ermənilər 2600 il əvvəl gəlib. "Yeni gəlmələr" kolonist olaraq həmin dövrdə buradakı qədim Urartu dövlətini məhv ediblər. V əsrdə yaşamış erməni tarixçilər Pavstos Buzand, Movses Xorenatsi və Yegişe isə saxta tarixçidirlər".
Hətta həmin ilki (2009) ABŞ bürosunun məlumatına görə, Amerikadakı 1300 erməni tələbə "Erməni tarixinin təhrifçilərinə qarşı" adı altında bəyanat imzalamışdılar. Bəyanatda deyilirdi ki, professor R. Suninin "Erməni xalqı: qədim dövrdən bu günə kimi" ("The Armenian People: From Ancient to Modern Times") kitabı Amerikanın akademik dövriyyəsindən mütləq çıxarılmalıdır.
Qeyd edək ki, erməni əsilli amerikalı tarixçisi R.Suni hazırda Eisenberg Tarixi Araşdırmalar İnstitutunun direktorudur. 1940-cı ilin sentyabrın 25-i ABŞ-da anadan olan Ronald əslən Gədəbəydən olan erməni bəstəkarı Qriqor Mirzoyan Suninin (1876-1939) nəvəsidir.
Erməni alim Qarabağın Azərbaycan ərazisi olduğunu necə isbatladı - ARAŞDIRMA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR