Slimfit
  1. ELM

Ərəb tələbələr Azərbaycan dilini öyrənirlər

Ərəb tələbələr Azərbaycan dilini öyrənirlər
Sakura

Ərəb tələbələr Azərbaycan dilini öyrənirlər

Ərəb tələbələrdən 100 nəfəri Ayn Şəms Universitetində, 50 nəfəri Helvan Universitetində, 70 nəfəri Qahirə Universitetində Azərbaycan dilini öyrənir. Bununla bərabər, Ayn Şəms və Helvan universitetlərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur.

Bu barədə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində tələbə və müəllimlərlə görüşündə bildirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, diplomat və yazıçı kimi tanınan Tural Rzayev görüş iştirakçılarına “Yad planetli” kitabı barədə məlumat verib, topluya daxil olan hekayələri həyatda baş vermiş hadisələr əsasında yazdığını, bu yaradıcılıq nümunələrinin satirik və fəlsəfi xarakter daşıdığını qeyd edib.

Daha sonra səfir Misirdəki diplomatik fəaliyyətindən danışıb, Azərbaycanla Misir arasında iqtisadi və ticarət əlaqələrinin müsbət yöndə inkişaf etdiyini deyib. Səfir, eyni zamanda, Misirin ictimai-siyasi həyatında baş verən hadisələr barədə fikirlərini bölüşüb.

O, Xalq yazıçıları Kamal Abdulla, Çingiz Abdullayev və Anarın kitablarının Misirdə nəşr olunduğunu bildirib, 20 Yanvar faciəsi haqqında kitabın çapı ilə əlaqədar işlərə başlanıldığını söyləyib. Diplomat iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Tural Rzayevin Azərbaycan diplomatiyasının və söz sənətinin ləyaqətli davamçısı olduğunu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR