Slimfit
  1. SİYASƏT

Ərdoğanla nələrə nail olduğumuzdan danışdıq - Əliyev

Ərdoğanla nələrə nail olduğumuzdan danışdıq - Əliyev
Sakura

Ərdoğanla nələrə nail olduğumuzdan danışdıq - Əliyev

Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında bildirib.

"Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək.

Mən, həmçinin Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu proses 1990-cı illərin ortasından başlamışdır. O zaman Azərbaycan öz neft və qaz potensialını xarici investorlar üçün açıq elan etdi. Azərbaycan Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr vermişdir", - İ.Əliyev qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR