Dərc edildi: Baxış sayı: 629
Ərdoğanın satdığı balığı 1,7 milyona aldılar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəniz məhsullarının balıqçılıq mövsümünün açılışında hərraca qatılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresunda daşqın fəlakətindən əziyyət çəkən vətəndaşlara dəstək olmaq üçün Ərdoğan hərracda balıq satıb. Onun satışa çıxardığı balıq 1.7 milyon lirəyə alıcı tapıb.
Prezidentin dəstəyi ilə 10 min TL ilə başlayan hərracda qızğın rəqabət gedib. Yarışın sonunda qalib iş adamı Cəmil Kazancı olub.
“Nə aldığımın fərqində deyiləm. Uğurlar, bu sektora xidmət etmək qürurverici bir şeydir. Əlbəttə ki, məqsəd burada çox mübarizə aparan dostlara kömək etməkdir” – deyə biznesmen bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət