Ərdoğandan Roma Papasına: Bu məsələ həll edilmədən...
Fələstin-İsrail məsələsi ədalətli şəkildə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiskə Fələstinlə bağlı ünvanladığı məktubda bildirib.
“1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir. İsrailin Qəzzaya hücumları və 3-cü ilinə girən Ukrayna müharibəsinin qlobal təsirləri başda olmaqla, qarşılaşdığımız problemlər beynəlxalq ictimaiyyətdən əməkdaşlıq və koordinasiyada hərəkət etməyi tələb edir.
Son zamanlar bütün dünyada yayılan anti-islamizm, irqçilik və ksenofobiya kimi cəmiyyətlərarası sülhü və sabitliyi təhdid edən tendensiyaları nəzərə alsaq, hər şərtdə bütün tərəflərlə dialoq yarada bilən şəxslərə tarixdə heç olmadığı qədər ehtiyac var”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət