Slimfit
  1. DÜNYA

Ərdoğandan İran-ABŞ gərginliyinə: Putinin köməyi ilə...

Ərdoğandan İran-ABŞ gərginliyinə: Putinin köməyi ilə...
Sakura

Ərdoğandan İran-ABŞ gərginliyinə: Putinin köməyi ilə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İran gərginliyinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan iki ölkə arasındakı gərginliyin arzuolunmaz nöqtəyə gəlib çatdığını söyləyib.

"Türkiyə olaraq nə İraq, nə Suriya, nə Livan, nə də Körfəz bölgəsinin müharibə səhnəsinə çevrilməsini istəyirik. Qonşumuz İraq sabitliyini itirmək təhlükəsi ilə üz-üzədir. İraq türkmanlarının xilası bizim üçün də vacibdir. İraq xalqı qardaşımızdır, Türkiyə olaraq bu məsələdə həssasıq. Qarşıdurma yaşanan İraqda yenidən sabitlik yaranması üçün çox səy göstərdik. İraqı İŞİD və PKK terroru ilə mübarizədə hər sahədə dəstəklədik", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan bu kritik məqamda diplomatiyanın bütün kanallarından istifadə edərək gərginliyi azaltmağa çalışdıqlarını deyib:

"Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına boğulmasına icazə verməyəcəyik. Bu mərhələdə Rusiya Prezidenti Putinlə intensiv dialoq və məsləhətləşmə aparırıq. Rus dostlarımızın köməkliyi ilə bu problemli prosesdən sağ-salamaq çıxacağımıza inanıram".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR