Slimfit
  1. DÜNYA

Ərdoğandan fenomenal uşağa mesaj: Tərbiyəsi yoxdursa...

Ərdoğandan fenomenal uşağa mesaj: Tərbiyəsi yoxdursa...
Sakura

Ərdoğandan fenomenal uşağa mesaj: Tərbiyəsi yoxdursa...

Atasına, anası və ətrafına hörmət etməyən bir uşağın gündəliyində yazılan qiymətin heç bir dəyəri yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarşıdakı dönəmdə övladlarımızın zehin və könül dünyalarını inkişaf etdirilməsinə böyük önəm verməliyik. Bu mənzərəni dəyişdirməliyik. Təlim-tədrisdə yeni yol xəritəsi hazırlamalıyıq”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, dərin mütaliəyə sahib, həmyaşıdlarından ciddi anlamda seçilən 10 yaşlı Ataxan Qayalar adlı türkiyəli uşaq bir neçə gündür sosial şəbəkələrin gündəminə çevrilib. 10 yaşının olmasına baxmayaraq, yüzlərlə kitab oxuyan, təkamül nəzəriyyəsi ilə bağlı mülahizələr yürüdən A.Qayalar Türkiyə cəmiyyətində artıq kifayət qədər tanınmaqdadır.

Lakin videomüsahibələrindən birində anasına jurnalistlər önündə "Tamam, sən keç arxaya" deyərək sərgilədiyi kobud münasibət də ciddi tənqidlərə səbəb olmuş, “savad” və “əxlaq” müzakirələrinə geniş yol açmışdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR