Dərc edildi: Baxış sayı: 510
Ərdoğandan alman nazirə: Amandır, yandıq!
Almaniyanın Xarici İşlər naziri, həddini bilməyən bir insan çıxıb “Türkiyəyə silah satmayacağıq” deyir. Amandır, yandıq!
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mən itirmərəm, siz itirərsiniz. Sən siyasəti də bilmirsən, siyasət naşısısan. Siyasəti bilsən belə danışmazdın. Sən satmasan nə olacaq? Biz bitdik? O vermirsə, başqa yerdən alarıq”, - Ərdoğan bildirib.
Ərdoğan həmçinin F-35 məsələsini də xatırladaraq, ABŞ-ın texnikanı satmayacağı halda alternativlərin hazır olduğunu və dərhal ala biləcəklərini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət