Dərc edildi: Baxış sayı: 1157
Ərdoğana İdliblə bağlı zəng etsəm də... – Davudoğlu
İdlibdə əsgərlərimizə qarşı törədilən xain hava hücumundan sonra şəhidlərimizlə bağlı başsağlığı vermək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etsəm də, mənlə danışmaq istəmədi.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib.
“Həmin gecə səhərə kimi İdliblə bağlı müzakirələr apardıq. Danışdığımız mövzuları digər partiya liderləri ilə bölüşdük. Ancaq müxalifət partiyası liderlərinin başsağlığı üçün zəng etmədiyini iddia edən cənab Ərdoğanla telefon əlaqəsi saxlamaq istəsəm də, mənlə danışmaq istəmədi”, - Ə.Davudoğlu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət