Ərdoğan xatirələrini bölüşdü - Simit sataraq kitab alırmış
Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan özü səsləndirdiyi filmdə gənc nəslə müraciətlə deyib: “Uşaqlar, sizin də kitablarınız və bu ölkə üçün xəyallarınız olsun. Kitabxanalar həftəniz mübarək olsun”.
Prezident R.T.Ərdoğan kitabxanalar həftəsi münasibəti ilə özünün səsləndirdiyi və öz həyatından fraqmentlərin canlandırıldığı bir qısa film paylaşıb.
Filmdə Ərdoğan deyir: “Bu, mənim hekayəmdir. Uşaqlığımın ilk xəyalı, almaq üçün həftələrlə çalışdığım o 8 cildli kitabın hekayəsidir. Nə zaman o kitablara baxsam, kitabxana xəyalı quran o uşağı xatırlayıram. İndiki kitabxanamda o kitablar hələ də baş hissədə durur. Səhifələrini açdıqda uşaqlığımın, anamın qoxusu gəlir. Öz-özümə deyirəm ki, “İnsan xəyal elədiyi müddətdə insandır”. Filmdə Ərdoğanın yeniyetməlik dövrünü canlandıran oğlan məktəbdən gələndən sonra simit satır, əldə elədiyi qazancla arzuladığı kitabları alır.
“Uşaqlar, kitablarınız və xəyallarınız olsun”.
Ərdoğan öz paylaşmasında bunları qeyd edib:
“İnsan, xəyal eləməyi bacardığı müddətdə insandır. Uşaqlar, sizin də kitablarımız və bu ölkə üçün xəyallarınız olsun. Kitabxanalar həftəniz mübarək olsun”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət