Dərc edildi: Baxış sayı: 553
Ərdoğan Vaşinqtonda Trampla görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanmartın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.
"Report" xəbər verir ki, bu barədə o, "CNN Türk"ün əməkdaşı ilə söhbətində bildirib.
Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.
Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir.
Daha əvvəl Ərdoğan Trampla telefon danışığının detallarını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət