Ərdoğan Türkiyənin tezliklə S-400 komplekslərini alacağını bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara tezliklə Rusiyadan S-400 zenit raket komplekslərini alacaq.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Bu, bizim üçün bitmiş işdir, tezliklə sifarişimizi alacağıq", - deyə Türkiyə Prezidenti bildirib.
Rəsmi Ankara daha əvvəl də vurğulayıb ki, C-400 zenit raket komplekslərini almaqdan imtina etməyəcək. Kompleksin birinci hissəsinin çatdırılması iyulun birinci yarısında yekunlaşmalıdır.
ABŞ rəsmiləri isə bildirib ki, S-400 NATO standartlarına uyğun deyil. Rəsmi Vaşinqton Türkiyəni sanksiyalarla hədələyib. Ağ Evdən bir neçə dəfə Türkiyəyə ən yeni F-35 təyyarələrinin satışı prosesinin ləğvi barədə xəbərdarlıq edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl də Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsinin bağlandığını təsdiq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət