Dərc edildi: Baxış sayı: 325
Ərdoğan: "Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik"
“Müxtəlif çətinliklərlə üzləşsək də, Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik. Bizi qorxutmaq istəyənlərə fikir vermirik”.
“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin IV növbədənkənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.
“Terror təşkilatlarından istifadə edərək bizi küncə sıxışdırmağa çalışanların qarşısında baş əymirik. Biz nəyin bahasına olursa-olsun, Türkiyənin maraqları və təhlükəsizliyi üçün tələb olunanları etməkdən heç vaxt çəkinmirik”, - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət