Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan “Türk Evi”nə hücum edən şəxsi terrorçu adlandırdı

Ərdoğan “Türk Evi”nə hücum edən şəxsi terrorçu adlandırdı
Sakura

Ərdoğan “Türk Evi”nə hücum edən şəxsi terrorçu adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”nə edilən hücuma münasibət bildirib.

Redaktor.az Türkiyə mediasına istinadən  xəbər verir ki, Ərdoğan hücum edən şəxsi terrorçu adlandırıb.

Türkiyə Prezidenti  ABŞ hakimiyyətini təcili olaraq hücumçunu tapmağa çağırıb.

“Amerika hakimiyyəti, təhlükəsizlik qüvvələri  terrorçunu təcili tapmalıdılar. Onlar tələb olunanı etməlidirlər. Türkiyədə belə bir hadisəyə özləri necə baxardılar?”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.

Qeyd olunur ki, Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR