Dərc edildi: Baxış sayı: 267
Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.
Türkiyə lideri İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırıb.
Qeyd edilir ki, İranda baş vermis terror aktı və ölkədə elan olunmuş matəm səbəbindən Rəisinin yanvarın 4-də Ankaraya baş tutmalı olan rəsmi səfəri ləğv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət