Slimfit
  1. DÜNYA

Ərdoğan-Putin tarixi razılaşması: Nələr hədəflənir?

Ərdoğan-Putin tarixi razılaşması: Nələr hədəflənir?
Sakura

Ərdoğan-Putin tarixi razılaşması: Nələr hədəflənir?

Rusiya lideri Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən sammitdə tarixi bir razılaşmaya imza atıldı.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli professor, tarixçi Məhməd Perinçək çıxış edib.

"Zirvədə əldə edilən iki çox mühüm məqam var. Bunlardan biri Rusiya və Dəməşqin birlikdə əvvəl PYD və Amerika nəzarətindəki yerlərdə yerləşməsi və bu bölgələrdəki PYD qüvvələrini tərksilah emələri... Bununla da muxtar quruluşa tamamilə son qoyulur. Bu, Türkiyəyə yönəlik təhdidi tamamilə ortadan qaldıracaq bir məsələdir. İkincisi isə Türkiyənin Suriyanın o bölgədəki varlığını qəbul etmiş olmasıdır. Əslində, Türkiyə ilə Suriya münasibətləri arasında yeni bir dövr başlayır", - Perinçək vurğulayıb.

Ərdoğanla Putinin tarixi razılaşmasının regionda ABŞ-ın varlığını ortadan qaldıracağını deyən Perinçək qeyd edib ki, bu, Böyük Yaxın Şərq layihəsi əsasında yaradılması hədəflənən "Böyük Kürdüstan" planına və "Kürd dəhlizi" layihəsinə son nöqtə qoyub:

"Növbəti prosesin də İraqda Rusiya-Türkiyə əməkdaşlığı ilə əks olunacağını gözləyirik, görürük, bilirik: bu razılaşma Suriya ilə məhdudlaşmayacaq və İraqda olan Amerika varlığına və separatçı hərəkatlara qarşı da birgə iş müjdəçisi olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR