Dərc edildi: Baxış sayı: 1254
Ərdoğan Mərkəzi Bankın başçısını istefaya göndərdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyuta kursunun rekord dərəcədə aşağı düşməsi fonunda ölkənin Mərkəzi Bankının başçısı Murat Uysalı istefaya göndərib. “Qafqazinfo” bildirir ki, bu barədə “Resmi Gazete” xəbər verib.
“Respublikanın Mərkəzi Bankının başçısı Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur”, - məlumatda deyilir.
Bu vəzifəyə Naci Ağbal təyin olunub. Daha əvvəl o, ölkə Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin maliyyə naziri (2015-2018-ci illərdə) vəzifələrində çalışıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət