Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
İkinci gün axşam saatlarına kimi kürd döyüşçülər Suriyanın şimal hissəsini tərk etməsə, Türkiyə onların başlarını əzəcək! Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Kayseri əyalətindəki çıxışı zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dilə gətirib. Xatırladaq ki, oktyabrın 17-si Türkiyə və ABŞ arasında "Suriyada aparılan "Sülh Çeşməsi" antiterror əməliyyatının dayandırması və kürdlərin Suriyanı tərk etməsi üçün 5 gün müddətində atəşkəs elan olunması" barədə razılaşma imzalanıb. Lakin, oktyabrın 19-da hər iki tərəf biri-birini razılaşmada qeyd olunanlara əməl etməməkdə təqsirləndirib. Qeyd edək ki, gələn həftə Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. "Bu görüş məsələnin həllinə gətirib çıxarmasa, Türkiyə "Sülh Çeşməsi" antiterror əməliyyatına qaldığı yerdən dəvam edəcək". -deyə, Ərdoğan bildirib. Adelya
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət