Dərc edildi: Baxış sayı: 71
Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Ər-Riyada gedib, oradan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.
Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət