Dərc edildi: Baxış sayı: 372
Ərdoğan Başbuğun mühakiməsinə icazə vermədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Qərargahın sabiq rəisi İlkər Başbuğun Ali Məhkəmədə mühakimə olunmasına icazə verməyib.
Axar.az xəbər verir ki, Ərdoğan Konstitusiya Məhkəməsinin istintaq başlatmaq tələbinin icrasına əngəl olub.
Konstitusiya Məhkəməsi qərara səbəb kimi Başbuğun yalnız Ali Məhkəmədə mühakimə oluna biləcəyini göstərib. Ərdoğanın sözügedən qərarından sonra isə iş bağlanmış hesab olunub.
Xatırladaq ki, Ağır Cinayətlərə dair İstanbul Məhkəməsi 2017-ci ildə Başbuğun “Ərgənəkon işi”nə dair mühakiməsini Konstitusiya Məhkəməsinə həvalə etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət