Slimfit
  1. AZƏRBAYCAN

Ərdoğan Bakı ilə birgə layihələrdən danışdı

Ərdoğan Bakı ilə birgə layihələrdən danışdı
Sakura

Ərdoğan Bakı ilə birgə layihələrdən danışdı

Çağımız bizə nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafı üçün vacib imkanlar yaradır. Bu baxımdan Qafqaz və Orta Asiyadan aşaraq Çinə qədər uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Yolu layihəsinə (Orta Koridor) böyük önəm veririk.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışı zamanı deyib.

“Modern İpək Yolu-Orta Koridor” kimi tanınan bu layihənin ən vacib istiqaməti Azərbaycanla birlikdə apardığımız Bakı-Tiflis-Qars dəmiryolu layihəsidir. Beləliklə, Qərbi Avropadan yola düşən bir qatar Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və ya Seula çata biləcək. Bu əhəmiyyətli nəqiyyat xətti xalqlarımızın rifah səviyyəsinin yüksəlməsinə və münasibətlərimizin inkişafına töhfə verəcək. Biz enerji sahəsində də əməkdaşlığın artırılmasına önəm veririk. Bakı-Tiflis-Ceyhan nef və Bakı-Tiflis-Ərzurum qaz kəməri bu əməkdaşlığın ən böyük meyvələridir”, - Ərdoğan bildirib.

Cənub Qaz Dəhlizinin əsas dayağı olan TANAP-ı da iyun ayında istifadəyə verdiklərini xatırladan Ərdoğan Xəzər dənizinin hüquqi statusu ilə bağlı müqavilənin imzalanmasından məmnunluq duyduğunu xüsusilə vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR