Dərc edildi: Baxış sayı: 464
Ərdoğan Avropada bu şəxslərlə görüşəcək
Avropa Birliyi (AB) Şurasının rəhbəri Çarls Mişel, şuranın sözçüsü Barend Leyts və Avrokomissiyanın rəhbəri Ursula fon der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Leyts Tvitter səhifəsində məlumat yayıb.
Görüşdə AB-Türkiyə əlaqələri, miqrasiya, təhlükəsizlik, Suriyadakı böhran və regionda sabitlik mövzuları ilə bağlı müzakirələr aparılacaq.
Diplomat görüşün sabah Brüsseldə yerli vaxtla 18:00-da baş tutacağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət