Slimfit
  1. SİYASƏT

Ərdəbil əyalətinin başçısı: "Azərbaycan və İran tezliklə iqtisadi əməkdaşlığa dair müzakirələri yenidən başlayacaq"

Ərdəbil əyalətinin başçısı: "Azərbaycan  və İran tezliklə iqtisadi əməkdaşlığa dair  müzakirələri yenidən başlayacaq"
Sakura

Ərdəbil əyalətinin başçısı: "Azərbaycan və İran tezliklə iqtisadi əməkdaşlığa dair müzakirələri yenidən…

“Azərbaycan  və İran  tezliklə iqtisadi əməkdaşlığa dair  müzakirələri yenidən başlayacaq”.  

APA-nın Tehran bürosunun məlumatına  görə, bunu İranın Ərdəbil əyalətinin başçısı  Əkbər Namcu deyib.  

Koronavirusla əlaqədar İran və Azərbaycan müştərək sənaye şəhərciyinin təsis edilməsi ilə bağlı iclasların təxirə salındığını deyən Ə. Namcu bildirib ki, hər iki ölkədə virusa yoluxanlar getdikcə azalır: “Tezliklə iki ölkə arasında müştərək iclas keçiriləcək”. 

O, Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin dəmir yolu xəttinin çəkilisinin  başlanması layihəsinin də koronavirusla əlaqədar təxirə salındığını bildirib və qeyd edib ki, bu layihənin icrası da yaxın günlərdə  reallaşacaq: “Azərbaycan və İran  dəmir yolları idarəsinin imzaladığı sənədə əsasən, Parsabad logistik  və yük terminalı  yaradılacaq. Ötən həftə bu layihənin  xəritəsi və  hazırlıq işləri təkmilləşib. Hazırda işçi qrupları layihəni dəyərləndirir. Bundan başqa, İran Dəmiryolları İdarəsi ilə Ərdəbil əyalətində dəmir yolu yük boşaltma terminalının tikintisinə dair saziş imzalanıb və yaxın iki ayda əyalətin şimal hissəsində bu terminalın tikintisinə başlanacaq”. 

Ə. Namcu qeyd edib ki, bu layihələrin icrası Azərbaycan və İran arasında ticarət, iqtisadi əlaqələri və eləcə də bölgədə kənd təsərrüfatı istehsalını artıracaq. 

O deyib ki,  bu dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətinin Qafqaz ölkələri,  Orta Asiya və Rusiya ilə əlaqələrini inkişaf etdirəcək.

 

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR