Erciyes Universiteti Nəcəf Qənbərovu mükafatlandırıb
Azərbaycanlı Nəcəf Qənbərov Türkiyənin Erciyes Universitetinin Fəxri adına layiq görülüb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, həmin ali təhsil müəssisəsinin məzunu olan soydaşımız bu mükafatı Türkiyə-Azərbaycan münasibətlərində aktiv fəaliyyətinə görə alıb.
Ona mükafatı Erciyes Universitetinin rektoru Mustafa Çalış təqdim edib.
N.Qəmbərov "Report"a açıqlamasında Xocalının səsini qardaş Türkiyədən dünyaya çatdırmaq üçün səylə çalışdığını deyib: "Vətənimi qardaş ölkədə təmsil etmək qürurvericidir. Xocalı hər birimizin qanayan yarasıdır. Bir vaxtlar təhsil aldığım Kayseri şəhərində Xocalı qurbanlarının əziz xatirəsini əbədiləşdirməyi düşünürdüm. Bu gün ən böyük arzumu reallaşdırdım. Bundan sonra Xocalının səsi olmağa davam edəcəyəm. Dünya bu soyqırıma səssiz qalmamalı, bunu törədənlər layiqli cəzasını almalıdır. Azərbaycan gəncliyi dövlətimizin də dəstəyi ilə Xocalıda yaşananların soyqırım olduğunu bütün dünyaya çatdıracaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət