Ər-arvad 800 min dollarlıq lotereya uduşunu tulladılar
Qalib olduqlarını bilən kimi zibil qutusuna tərəf qaçdılar. Uzun axtarışlardan sonra bileti tapmaq mümkün oldu.
Böyük Britaniyada ər-arvad onlara 800 min dollar uduş gətirmiş lotereya biletini təsadüfən tulladılar. Bu barədə Daily Mail yazıb.
Qalib olduqlarını öyrəndikdən sonra, onlar çox sevindilər və biletin axtarışı ilə dərhal məşğul oldular.
Onu tapmaq asan olmadı, çünki məhz bu gün zibil atılmışdı. Uzun axtarışlardan sonra bileti tapmaq mümkün oldu.
“Elektron poçtda gördüyüm ilk məlumat lotereyanın nəticələri idi. Mən 800 min dollar gördüm və düşündüm ki, bu hansısa xətadır və iki dəfə rəqəmləri yoxladım”, - həyat yoldaşlarından biri deyib.
Cütlük etiraf edib ki, əldə edilmiş uduşu onlar ipoteka borclarının ödənişinə xərcləyəcəklər.
Mənbə: Korrespondent.net
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət