Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Yeganlı oymağı

Ənvər Çingizoğlu - Qaradağlılar/Yeganlı oymağı
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Yeganlı oymağı

Tədqiqatçılar bu tayfanı oymaq kimi qəbul etsələr də əslində yeganlı hansısa bir oymağa qatılan soydur. Əsasən Güney Azərbaycanda məskunlaşmışdı. Təbriz yaxınlığındakı Yekan kəndi Yeganlı oymağının əyləşməsi nəticəsində yaranıb. Yeganlı soyundan bizə bəlli olan ilk əmir Şahqulu sultandır. Şahqulu sultan I Şah Təhmasibə qulluq etmişdi. Şah tərəfindən 1566-cı ildə Herat hakimi təyin edilmişdi. Şahzadə Məhəmməd Xudabəndə mirzənin lələsi idi. 1576-cı ildə onu Fərah hakimi Hüseyn sultan Avşar Heratda öldürüb mal-dövlətini qarət etdi. Şahqulu sultanın Mürşüdqulu bəy, Ibrahim bəy adlı oğulları vardı. Mürşüdqulu bəy I Şah Təhmasibdən sultan ünvanı almışdı. II Şah Ismayılın ağalığı dönəmində Ustaclı elinə divan tutulmuşdu. Mürşüdqulu sultan Xorasanda olduğundan qırğından yan keçdi. Məşhəd yörəsindəki Xaf və Bahərzanın hakimi idi. Şah Məhəmməd Xudabəndənin ağalığı dönəmində Mürşüdqulu sultan Əliqulu xan Bəydili-Şamlı ilə birləşib Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Bu olay sarayda və orduda böyük təfriqəyə səbəb oldu. Mürşüdqulu sultan sonra Əliqulu xandan şahzadə Abbas mirzəni qaçırıb lələ oldu. Abbas mirzəni hakimiyyətə gətirib vəkillik mənsəbinə çatdı. I Şah Abbas lələsinə xan ünvanı verdi. Mürşüdqulu xan I Şah Abbasın razılığı ilə Xorasanda, Bəstam çəmənliyində Ümmət bəy Ustaclı tərəfindən öldürüldü. Ibrahim bəy də I Şah Təhmasibdən sultan ünvanı almışdı. Qardaşı ilə bərabər Xorasanda yaşayırdı. Sərəxsin hakimi idi. I Şah Abbasın ağalığının ilk çağlarından, 1587ci ildən xan ünvanı ilə Xorasanı idarə edirdi. Ibrahim xan I Şah Abbasın əmri ilə öldürüldü. Yeganlı oymağının üzdə olan simalarından biri də Şahverdi bəy idi. I Şah Abbasın şahlığının ilk dönəmlərində Xorasanda yaşayırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR