Fərəcov Ənvər Çingiz oğlu - Azərbaycanlı yazıçı, publisist, geneoloq
Ənvər Çingizoğlu (tam adı: Fərəcov Ənvər Çingiz oğlu; d. 10 may 1962, Xudayarlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü; "Qızıl qələm" mükafatı laureatı (2012).
Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvəndkəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969-1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977-1980).
Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980-1982).
Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985-1990).
Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.
Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur.
Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.
Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Kəminə" adlı televiziya filmləri çəkilib.
Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İranvə Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.
Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:
- Azərbaycan xalqının soy-kökünün araşdırılması;
- Azərbaycan xanlıqları tarixinin tədqiqi.
Mükafatları
- "Qızıl qələm" mükafatı — 2012
- Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplоmuna layiq görülmüşdür.— 2017
Əsərləri
- Qarabağın Aran ağzı-Arazbar
- Sözün nübar çağından...
- Qarşı yatan Qaradağ
- Mollavələdli kəndi və Mollavələdlilər
- Hacılılar
- Yük üstü çadırlı, yük altı qatırlı oba - Xudayarlı
- Sərdarlı kəndi
- Səfikürdlülər
- Memar Rizvan Qarabağlı
- Qarabağın el və obaları
- Aydınlıq içində
- Qaradağlılar
- Muğanlılar
- Behbudovlar
- Qacarlar və Qacar kəndi
- Qarabağ xanlığı
- Avşarlar
- Qəlbin harayı
- Mərzili kəndi və mərzililər
- Şuşa şəhəri(1750-1850)
- Qaradağ xanlığı
- Qarabağda sənət və sənətkarlar
- İqbaləssəltənə Murtuzaqulu xan Bayat
- Cəfərqulu xan Sarıcalı-Cavanşir
- Hüseynqulu xan Qovanlı-Qacar
- Arazbar bölgəsinin mənəvi mədəniyyəti
- Zülqədər eli
- Qarabağ hərbçiləri
- Cavanşir-Dizaq mahalı
- Hüseynqulu xan Qasımlı-Avşar
- Hacı Rəhim xan Çələbiyanlı
- Şəmşəddil sultanlığı
- Cuvarlı və cuvarlılar
- Loğman haqqında hekayətlər
- Baharlılar
- Şuşa şəhəri: Təbrizli məhəlləsi
- Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
- Qoçəhmədli kəndi və qoçəhmədlilər
- Xosrov bəy Sultanov
- Sultanlıq soydan gəlir
- Qarabağlı hüquqşünaslar
- Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında
- Sərab xanlığı
- Şamxor mahalı
- Hacı Səməd xan Müqəddəm
- Urmiya xanlığı
- Gəncə-Qarabağ əyaləti tarixinə dair sultan hökmləri (1727-1730-cu illər)
- Püsyan eli
- Dizaq-Cəbrayıllı mahalı
- Abbasqulu xan Kəngərli
- Marağa xanlığı
- Qarabağda maarif
- Əbdürrəhmanbəyli obası
- Xırdapara-Dizaq mahalı
- Ərdəbil xanlığı
- Məşhur avşarlar
- Fətəli xan Araşlı-Avşar
- Qacarlar dövrünün diplomatları
- Abbasilər dövründə türklər
- Azərbaycan tarixi yurd yerlərinin coğrafiyası
- Cavanşir eli: Sarıcalılar
- Avşarlardan qacarlaradək bölgə xanları
- Zəncan xanlığı
- Avşar boyunun qurduğu dövlət: Mosul atabəyliyi
- Dəmirçihəsənli mahalı
- Türk atabəylikləri
- Qarabağ xanlığında işlənən bəzi vəzifələr və onlardan yaranan soyadlar
- Qaradağ mahalları
- Orta əsrlərdə Azərbaycanda hərbi və mülki vəzifələr
- Tarixi ilu-Əfşar
- Xalxal xanlığı
- Marağa tarixi
- Qəzvin tarixi
- Ziyadoğlu Qacarlar (Ziyadxanovlar)
- Qazaxlar (tarixi-etnoqrafik tədqiqat)
- Urmiya xanlığı
- Məşrutə hərəkatında ruhanilərin rolu
- Dəvəli Qacarlar.
- XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə
Kitabları haqqında rəylər və resenziyalar
- "Xalxal xanlığı" haqqında
- "Marağa tarixi" haqqında
- "Qacarlar dövrünün diplomatları" haqqında
Verilişləri
- O kənd bizim kəndimizdir...
- Yurdumuzu gəzə-gəzə...
- Mənim dostlarım
- Dünya bizim evimizdir
- GünAzTv-də "Türk Elləri" verilişində Ənvər Çingizoğlu: I hissə, II hissə
Filmoqrafiya
- Avşarlar (film, 1996)
- Xurşidbanu Natəvan (film, 2012)
- Zəngəzur qartalı (film, 2012)
- Ucalıq düsturu (film, 2012)
- Nəvvab (film, 2014)
- Sarı simin sızıltısı (film, 2016)
- Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016)
- Cəsarətin anatomiyası (film, 2017)
- Kəminə (film, 2018)
Əsərləri
Avşarlar
- Giriş
- I fəsil (Oğuzlar)
- Avşar elinin köçürülməsi və say tərkibi
- Avşar elinin mifik şəcərəsi
- Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı
- Avşar elinin ünlü nümayəndələri
- II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)
- III fəsil (Avşar elinin tarixi)
- IV fəsil (Avşar elinin oymaqları və tayfa/tirələri)
- Oğuz qurumunun, iyirmi dörd boyun sülaləri və şəxsiyyətləri
- Qorçubaşı avşarlar
- Giriş
- Məhəmmədqasım xan
- Abbasqulu xan
- Asayişli oymağı
- Bayandur sultan
- Bürhanəddin xəlifə
- Dizmar mahalı
- Fəthoğlu oymağı
- Hacı Sara xanım
- Hacıfəqihli oymağı
- II İlyas xəlifə
- II Şəmsəddin xəlifə
- İsmayıl xan
- Köşkoğlu oymağı
- Kəngərli oymağı
- Kərəmpa oymağı
- Mahmud sultan
- Mustafaqulu xan
- Məhəmmədkazım xan
- Məhəmmədqulu xan
- Nəcəfqulu xan
- Qaradağ vilayəti
- Qızıllı oymağı
- Sivas vilayəti
- Sofulu oymağı
- Soyun kökü:Ustaclı el
- Toxmaqlı oymağı
- Toxmaqlı-Qaradağlılar
- Təmişli oymağı
- Xəlifələr
- Yeganlı oymağı
- Çavuşlu oymağı
- İlyas xəlifə
- Şeyxlər oymağı
- Şəmsəddin xəlifə
- Şərəfli oymağı
- Əbdürrəzzaq xan
- Əhməd xəlifə
Məqalələri
- Baba bəyin babalı
- Ermənilər qarabağlılara niyə "gəlmə" deyirlər?
- Ermənilərin yeriməz yalanları
- Mövlanə Cəlaləddin Rumi və Şəmsəddin Təbrizi
- Sultan bəyin izi ilə
- Tarix boş laflardan ibarət deyil…
- Tarix fərdi еkspеrimеntlərin sınaq mеydanıdırmı?
- Yanlış naxış dеyil
- Ön söz (Məhəmməd bəy Aşiq)
- Bayat kəndi tarix boyunca
- Mirzə Qiyas bəy
- Qürbətdə xan olunca...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət