Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Enerji içkiləri haqqında ətraflı məlumat və onların təbii əvəzediciləri

Enerji içkiləri haqqında ətraflı məlumat və onların təbii əvəzediciləri
Sakura

Enerji içkilərinin istifadəsi vərdişinin zərərləri və faydaları

Səhər bir fincan kofe və ya çay içməklə gümrah olmaq vərdişi insanların çoxuna xasdır. İşgüzar günü bu gümrahlandırıcı içkilərsiz təsəvvür etmək kifayət qədər çətindir. Amma getdikcə yüksək kofein tərkibli energetik kokteyllərin istehlakı kimi zərərli vərdişlər daha çox populyarlıq qazanır. Gümrahlandırıcı effektin xatirinə öz sağlamlığınıza risk etməyə dəyərmi?

“Energetiklər”i içmək vərdişinin məğzi

Vərdişlər həm sağlamlaşdırıcı, həm də sağlamlıq üçün təhlükəli xarakter daşıya bilər. Bəziləri hesab edir ki, energetik kokteyllər - imtahan zamanı tələbələr, yorulmuş sürücülər, gecə klubları həvəskarları və orqanizmi istirahət tələb edən, amma gümrah vəziyyətdə qalmağa məcbur olan digər insanlar üçün enerji mənbəyidir. Yorğunluq yarananda və ya nəyisə etmək istəyi olmayanda içki istehsalçıları sadəcə energetik kokteyllər içməyi təklif edirlər - onun təsiri yuxunu qaçıracaq, gümrahlıq əlavə edəcək və iş qabiliyyətini yüksəldəcək. “Möcüzəvi içki” istehsalçıları bəyan edirlər ki, onların məhsulu ancaq fayda varir - bir banka energetik içməklə insan yenidən gümrah olur. Bəs belə içkilər orqanizmə necə təsir göstərir? Hazırda çoxlu sayda gümrahlandırıcı vasitələr istehsal olunur, amma onların tərkibi əsasən eynidir.

Belə kokteyllərin tərkibinə bu maddələr daxildir: karnitin, qlükoza, dekstroza, 

Hər şey yaxşı görünür, gümrahlanmaq və fikri toplamaq lazım olanda gümrahlandırıcı kokteyl içirlər. Sual bundan ibarətdir - nəyin bahasına?

Energetik kokteyllərin tərkibində təhlükəsizliyi tam sübut olunmayan taurin və qlükoronolakton var. Bunlardan başqa kokteyllərdə karbohidratlar, həmçinin mümkün qida əlavələri var. Bu komponentlər öz-özlüyündə təhlükəlidir və kokteylin tərkibində insan sağlamlığına mənfi təsir göstərə bilər.

Energetik içkilərdən sui-istifadə kimi zərərli vərdişlərin sağlamlığa təsiri

Bir banka energetik bir neçə fincan qara kofeni əvəz edir. Energetiklərin əsas tərkibi şəkər və kofeindir. Sonuncunun təsiri gümrahlıq əlavə edir, şəkər isə yüksək tərkibdə olan acı kofeini xoş etməyə kömək edir. Həm də bir banka energetikdə şəkər elə də az deyil - 11 qrama qədər, bu da sutkalıq normadan bir neçə dəfə artıqdır. Tamamilə aydındır ki, onun belə miqdarı içkini çox kalorili edir ki, bu da şəkərin həddindən artıq istifadəsinin digər xoşagəlməz nəticələrini diqqətə almır. Bundan başqa, kofeinin bu miqdarda istifadəsi zərərsiz deyil. Onun içkilərdəki yüksək qatılığı təzyiqi yüksəldir, bəzi hallarda isə yuxusuzluq yaradır, orqanizmin susuzlaşması riski yaranır.

Kofeinli içki şübhəsiz ki, yatmaq istəməyəndə gümrah qalmağa kömək edə bilər. Digər tərəfdən kofeinin həddindən artıq istifadəsi orqanizmə əks təsir göstərir: o enerji əlavə etmir, onu götürür.

Bundan başqa, hətta zərərsiz miqdarda və əks təsir olmayanda kofe içmək kimi yaxşı vərdiş belə iki saatlıq gümrahlıq effekti verir, sonra isə düşmə başlayır. Energetik daha uzun müddət - 5-6 saat üçün gümrahlıq axını gətirərək qana daha sürətlə düşür. Amma bu altı saat müddətində orqanizm güclənmiş iş rejimində işləməli olur. Energetik kokteylin təsiri altında iş qabiliyyəti nə qədər yüksək olarsa, onun düşməsi də bir o qədər çox hiss olunur - yuxu, apatiya, sinirlilik yaranır.

Əslində kofein müvəqqəti iş qabiliyyətini yüksəldir, amma eyni zamanda:

Buna baxmayaraq, bu içkidə kofeindən başqa yuxu və əsəb pozğunluğu yarada bilən elementlər var. Bəzi avropa ölkələrində energetikləri dərman vasitəsi hesab edirlər və onları ancaq apteklərdə əldə etmək olar.

Bizə elə gəlir ki, bütün növ kofe məhsullarının qəbulu da gümrahlandıran stimulyator hesab edilir, eyni formada zərərli effektə malikdir. Bu heç də belə deyil: ilk növbədə, miqdar əhəmiyyətli dərəcədə fərqlənir, kofe tələsmədən və qaynar içilir. Sərinləşdirici kokteyllər xeyli tez içilir, bu da bütün tərkibinin qana dərhal düşməsinə səbəb olur ki, nəticədə daxili orqanlara yüksək yüklənmə yaranır.

Yaxşı gümrahlıq vərdişlərinin tərbiyəsi: həkimlərin məsləhətləri

Energetik kokteylərin uşaqlar və yeniyetmələr tərəfindən qəbulu qadağandır. Bundan başqa, belə zərərli vərdişlər hamiləlik və südvermə zamanı qadınlar, həmçinin xroniki xəstəlikləri olan insanlar üçün də qəbuledilməzdir. Həkimlərin məsləhətlərinə görə yetkin, sağlam insanlar üçün nisbi energetik istifadəsi sutkada bir bankadır. Bununla belə yüksək kofein tərkibini unutmaq olmaz. Bu o deməkdir ki, tünd qəhvə ilə energetikləri içmək vərdişinin təsirinə düşməyə dəyməz, çünki orqanizmin imkanları artıq istifadə olunur və əks effekt mümkündür. Energetiklərin spirtli içkilərlə qəbulu da həmçinin zərərli vərdləşlərə aiddir, çünki spirt ürəyi daha güclü rejimdə işləməyə məcbur edərək kofeinin təsirini gücləndirir.

Belə ki, kofein sidikqovucu təsir göstərir, “energetik”ləri məşqdən və ya digər fikizi yüklənmələrdən sonra işmək vərdişinin təsirinə düşmək məsləhət görülmür, çünki bu susuzlaşmaya gətirib çıxara bilər.

Sutkada bir bankadan çox olmayaraq - əks göstəricilər olmayanda egernetik içkilərin icazə verilən sutkalıq miqdarı barədə həkimlərin gəldiyi nəticədir. İdeal variant bir ayda iki bankadan artıq olmayan miqdardır, qalan vaxtda isə özündə digər yaxşı vərdişləri inkişaf etdirməyə dəyər - açıq havada gəzinti, idmanla məşğul olmaq, meyvə şirələri, şokolad qəbul etmək. Təbiətdə daha faydalı, sağlam energetiklər mövcuddur - bal, jenşen, zəncəfil. Onların istifadəsi kimi yaxşı vərdişlər gümrahlıq, enerji və sağlamlıq verəcək.

Bal istənilən energetiki uğurla əvəz edən inanılmaz təbii məhsuldur. Gün ərzində iki qaşıq əhvalı yüksəlmək və həyat enerjisi əlavə etmək üçün kifayətdir. Bundan başqa, bu məhsulda insana lazımi enerjini verən qlükoza var.

Gümrahlıq üçün əla vasitə sumbağıdır. Bu təkcə faydalı deyil, həm də orqanizmin enerji ehtiyatını artıran bitkidir. Bundan başqa enerji ehtiyatını artırmağa kömək edən vasitələrə rodiola və cır limon cövhəri aiddir. Bu bitkilərin istifadəsi haqqında daha dəqiq məlumatı həkimlərlə məsləhətləşərək ala bilərsiniz.

Beləliklə, energetik kokteyl bankasını içməyə hazırlaşanda düşünmək lazımdır: onu daha təbii vasitə ilə dəyişmək daha yaxşı olmazmı? Unutmamaq lazımdır ki, güc axını və enerji hiss etmək üçün daha təbii və faydalı vasitələr var.

 

Mənbə: Promedonline.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR