Slimfit
  1. AZƏRBAYCAN

Enerji içkiləri 50% bahalaşa bilər

Enerji içkiləri 50% bahalaşa bilər
Sakura

Enerji içkiləri cibə də ziyan olacaq

Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək, bu isə onun satış qiymətini artıracaq. 

Millət vəkili qadağalar təklif edir 

Oxu.Az xəbər verir ki, hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi enerji içkiləri satılır. Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1-4 manat arasında dəyişir. Aksiz ilə bağlı bahalaşma nəticəsində qiymətlərin 50 faiz artması ehtimalı var. 

Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu içkilərə aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.

M.Quliyev hesab edir ki, ümumiyyətlə, bu məhsullar lisenziyalaşdırılmış mallar siyahısına daxil edilməlidir və onların reklamına qadağa qoyulmalıdır. Bundan başqa, məktəblərdə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına icazə verilməməlidir. 

Dünyadakı “enerji içkisi bumu” ilə mübarizə

Ərzaq Məhsullarının Təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ilin fevral ayında enerji içkilərinin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son onillikdə bütün ölkələri bürüyən “enerji içkisi bumu”nun nəticələri üzərində aparılan araşdırmalar nəticəsinə görə, bu içkilərdən istifadənin çoxalmasının əhalinin, xüsusilə gənclərin sağlamlığına ciddi təhlükə yaradır.

İlk enerji içkisi 1960-cı ildə Yaponiyada buraxılıb, 1987-ci ildən isə Avropada populyarlaşıb, 10 ildən sonra isə ABŞ-da istehlak edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR