Slimfit
  1. İQTİSADİYYAT

Energetika nazirinin Şirvanda vətəndaşları qəbul edəcəyi vaxt dəyişib

Energetika nazirinin Şirvanda vətəndaşları qəbul edəcəyi vaxt dəyişib
Sakura

Energetika nazirinin Şirvanda vətəndaşları qəbul edəcəyi vaxt dəyişib

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaşları qəbul vaxtı dəyişib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, nazir aprelin 29-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı office.shirvan@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR