Slimfit
  1. DÜNYA

Ən varlı ölkələr koronavirus peyvəndini alır – “Yoxsullar” kənarda qalıb

Ən varlı ölkələr koronavirus peyvəndini alır – “Yoxsullar” kənarda qalıb
Sakura

Ən varlı ölkələr koronavirus peyvəndini alır – “Yoxsullar” kənarda qalıb

ABŞ, Britaniya, Yaponiya və Avropa Birliyi hələ inkişaf etdirilməmiş 1,3 milyard doza koronavirus peyvəndi almağa razılıq verib.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, “Bloomberg” bu barədə “Airfinity” analitik şirkətinin apardığı araşdırmaya əsasən məlumat yayıb.

Beləliklə, ABŞ və Böyük Britaniya Sanofi və GlaxoSmithKline Plc, Yaponiya  Pfizer ilə müqavilə imzalayıb. Agentlik qeyd edir ki, Avropa Birliyi satınalmalara “aqressiv şəkildə yanaşır”, lakin Avropa ölkələrinin kimlərlə razılığa gəldiyini açıqlamır.

Beləliklə, yeni növ virusa qarşı vaksinlərin effektivliyinin hələ sübut olunmasına baxmayaraq, onlardan xeyli hissəsi artıq zəngin ölkələr tərəfindən “qorunub saxlanılıb” və çox güman ki, əqdlərin sayı yalnız artacaq. Təhlilçilər, dozaların 7.8 milyard insana çatmayacağını və yoxsul dövlətlərin “son sırada qalacağını” qeyd ediblər.

Bənzər bir vəziyyət 2009-cu ildə zəngin ölkələr “donuz qripi” peyvəndinin tədarükünü inhisara aldıqda baş verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR