Dərc edildi: Baxış sayı: 618
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı
1,6 milyard istifadəçisi olan “WhatsApp” dünyanın ən populyar mesajlaşma tətbiqi adına sahib olub.
“HaberGlobal”ın məlumatına görə, bu barədə “Ajans Press” media izləmə qurumu araşdırma aparıb.
İkinci sırada 1,3 milyard istifadəçisi olan “Facebook Messenger” qərarlaşıb, üçüncü isə 1,1 milyard istifadəçiyə sahib “Wechat” olub.
Qurum sosial şəbəkələrlə bağlı mətbuatda yayılan xəbərləri də təhlil edib. Məlumata görə, ötən il sosial şəbəkələrlə bağlı mətbuatda 137 258 xəbər dərc olunub. Bunlardan 7 515-i “Whatsapp”la bağlı xəbərlər olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət