Dərc edildi: Baxış sayı: 531
Ən çirkli havası olan ölkələr
Ən çirkli havası olan ölkələr Nepal və Hindistandır.
Trend-in məlumatına görə, bunu Çikaqo Universitetinin Energetika Siyasəti İnstitutunun apardığı araşdırma göstərir.
Qeyd olunur ki, bu ölkələrdə havanın çirklənməsi yerli sakinlərin ömrünün təqribən 4 il azalmasına səbəb olur.
Hindistanın Bihar və Uttar-Pradeş ştatlarında havanın çirklilik dərəcəsi daha yüksəkdir. Burada insanların ömrü 6 il qısalır.
Araşdırmada bildirilir ki, dünyada təxminən 5,5 milyard nəfər havanın çirklilik səviyyəsinin Dünya Səhiyyə Təşkilatının normalarını aşdığı regionlarda yaşayır. Asiya qitəsi bu göstərici üzrə birincidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət