Ən bahalı 3 yemək
“Lüdovik 13” pizzası
Qəribədir ki, kasıblar və kəndlilərin yeməyi ən bahalı yeməklərdəndir. Onun tərkibinə əvvəlcədən “Don Perinyon” şampanında isladılmış iki növ kürü daxildir, sonra oraya krevet və omarları əlavə edirlər, bütün bunları qara camış südündən hazırlanmış pendirlə ötürlər ki, bunu da əllə əldə ediblər!
Əlbəttə ki, bu yemək üçün adi deyil, çəhrayı himalay duzundan istifadə edərlər. Bu yeməyi dadmaq üçün 10 min avro ödəmək lazımdır! Qənaət edin ki, bu yeməkdən dada biləsiniz.
“Dəniz və Yer” salatı
Doyumlu pizzadan sonra təzə salat yerinə düşər. Ananızın sizin ad gününə mayonez və noxuddan hazırladığı salat yox. Milyonerlər üçün salat! Bir yeməyə lanqust, yencək, lobster əlavə edib üzərinə kürü səpirlər. Pomidor və xiyar əvəzinə oraya trüfel (yerdombalanı) və brokkoli əlavə edirlər. Duz əvəzinə qızıl folqa. Nuş olsun və bu salat üçün 1500 avro ödəməyi unutmayın. Bahalıdır ki?
“Qızılı xoşbəxtlik quşu” pirojnası
Birinci və ikincidən sonra desert lazımdır! Yüksək keyfiyyətli xüsusi üyüdülmüş un, Fransanın cənubunda yetişən elit çiyələk növü, qara camış südündən hazırlanmış qaymaq, Uruqvaydan kakao, qızıl şərbət və bütün bunlar “Qızılı xoşbəxtlik quşu”na çevrilir.
Amma bunu dadmaq üçün bəlkə də ipoteka götürmək lazım olacaq, çünki onun qiyməti 30 min avroya çatır. Əlavə edək ki, bu yeməyi dadmaq üçün Dubaya getmək lazımdır. Buna görə də bilet də almaq lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət