Slimfit
  1. TEXNOLOGİYA

“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub

“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub
Sakura

İtaliyanın "Emporio Armani" brendi "ağıllı" "Connected" saatının yeni nəslini təqdim edib

İtaliyanın "Emporio Armani" brendi "ağıllı" "Connected" saatının yeni nəslini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, paslanmayan korpusa malik qurğu gümüşü, qara və qızılı çəhrayı rənglərdə təklif olunur. Həmçinin saatın dəri və metal kəmərli versiyalarını seçmək mümkündür.

Məlumata görə, "Emporio Armani Connected" saatı "AMOLED" matrisalı 1,19 düym diaqonallı siferblat ekran, "Snapdragon 2100" çipi, "GPS" və "NFC" (kontaktsız ödənişlər üçün) modulları ilə təchiz edilib.
Qurğu, həmçinin, nəbzölçən və fitnes funksiyalar dəstinə malikdir. "Swimproof" texnologiyası sayəsində saatla duş qəbul etmək, üzmək, hovuz və açıq göllərə baş vurmaq mümkündür.

Şirkətin bəyanatında deyilir ki, qurğu saat sənətində dəqiqliyə dəyər verənlər üçün nəzərdə tutulub.
Qiyməti 295-395 dollar arasında dəyişən "Emporio Armani Connected" saatı üçün artıq ilkin sifarişlərin qəbuluna başlanılıb.

Nizam Nuriyev 

Mənbə: İctnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR