Emosional vəziyyəti riskli olan uşaqlarla bağlı ölçü götürüləcək
Həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planı hazırlanıb həyata keçiriləcək
Məktəblərdə psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər müəyyənləşdiriləcək.
Bu, “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrdə əksini tapıb.
Əmrdə bildirilib ki, həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planı hazırlanıb həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət