Slimfit
  1. SİYASƏT

Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür

Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür
Sakura

Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür

COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür", - o yazıb.

 

Ə.Ərdoğan, həmçinin Bakı konfransının daha ədalətli dünyanın qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR