Slimfit
  1. SİYASƏT

Emin Hüseynov: "Qarabağın ciddi şəkildə çirklənmiş ərazilərində müəyyən dəhlizlər açılmalıdır"

Emin Hüseynov: "Qarabağın ciddi şəkildə çirklənmiş ərazilərində müəyyən dəhlizlər açılmalıdır"
Sakura

Emin Hüseynov: "Qarabağın ciddi şəkildə çirklənmiş ərazilərində müəyyən dəhlizlər açılmalıdır"

"Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür".

“Report” xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

"Onlardan biri ümumi və baş planların layihələndirilməsi, ikincisi minatəmizləmə fəaliyyəti, baza infrastrukturunun yaradılması, sosial-ictimai-iqtisadi infrastrukturun tam miqyaslı yenidən qurulması və nəhayət böyük qayıdışın təmin olunmasıdır. Göründüyü kimi ilk növbədə planlaşdırma olmalıdır", - E. Hüseynov bildirib.

Onun sözlərinə görə, təkcə quruculuqla bağlı deyil, hətta minatəmizləmənin də planlaşdırmasının olması vacibdir: "Daha sonra ciddi şəkildə çirklənmiş ərazilərdə müəyyən dəhlizlər açılmalıdır ki, bərpa prosesi baş versin.

Bu dəhlizlər açıldıqdan sonra yol, qaz, işıq, su, rabitə kimi baza infrastrukturları təmin olunmalıdır. Daha sonra isə məktəb, xəstəxana, inzibati binalar, yaşayış evləri kimi sosial infrastrukturlar hazır olmalıdır. Və nəhayət böyük qayıdış baş verməlidir.

Bütün bunlar əslində ardıcıl deyil eyni zamanda baş verir. Yəni hər bir mərhələ üzrə fasiləsiz iş gedir. Hamısında eyni mərhələdə deyil. Daha erkən başlamış ərazilər var və onlar daha da qabaqdadır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR