Slimfit
  1. CƏMİYYƏT

Emin Hacıyev: “Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür”

Emin Hacıyev: “Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür”
Sakura

Emin Hacıyev: “Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür”

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn rejimdə keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələlərə baxılıb.

Komitənin üzvü, millət vəkili Emin Hacıyev bu barədə Trend-ə açıqlama verib.

Onun sözlərinə görə, iclasda Ədliyyə Nazirliyinin təklifi əsasında bələdiyyə qulluqçuları ilə bağlı qanuna dəyişiklik edilməsi məsələsi də nəzərdən keçirilib.

 

E.Hacıyev qeyd edib ki, “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən, bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq, güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxildir:

“Buna baxmayaraq, həmin şəxslər gələcəkdə öz fəaliyyətini dövlət qulluqçusu kimi davam etdirərkən və ya əvvəllər əldə edilmiş dövlət qulluğu stajından irəli gələrək, hər hansı təminat və ya güzəşt üzrə müraciət etdikdə, onların bələdiyyə qulluğu stajı nəzərə alınmır.

Buna görə də “Dövlət qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Komitənin iclası zamanı da qeyd edildi ki, bu dəyişikliklər bələdiyyə qulluğunun və bütövlükdə bələdiyyələrin nüfuzunun artmasına xidmət edə bilər. Beləliklə, bu məsələlərin plenar iclasda müzakirəsi nəzərdə tutulur”.

E.Hacıyev vurğulayıb ki, bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür:

“Hesab edirəm ki, bələdiyyələrlə bağlı, onların səlahiyyətləri ilə bağlı baxılmalı bir sıra məsələlər var. Dünya təcrübəsini öyrənməli, ən yaxşı nümunələri tətbiq etməliyik. Məsələn, Bələdiyyələrlə Mənzil İstismar Sahələrinin işinin əlaqələndirilməsi ilə bağlı dəyişikliklər edilə bilər”.

Millət vəkili “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun müzakirəsi zamanı təmsil etdiyi Sumqayıt şəhərində çirkab suların axıdıldığı “Acı dərə” kanalı ilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib:

“Bu kanal Ceyranbatan ərazisindən başlayaraq Sumqayıt ərazisindən keçir. Onun boruya salınması istiqamətində müəyyən işlər görülüb, lakin bu, tam olaraq yekunlaşmayıb. Ümid edirəm ki, onun gələcək investisiya proqramlarına salınması mümkün olacaq və sumqayıtlıları narahat edən bu problem aradan qalxacaq”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR