Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Emin Əmrullayev: Bir çox məktəblərdə neqativ hallar baş verir və bundan sığortalanmamışıq

Emin Əmrullayev: Bir çox məktəblərdə neqativ hallar baş verir və bundan sığortalanmamışıq
Sakura

Emin Əmrullayev: Bir çox məktəblərdə neqativ hallar baş verir və bundan sığortalanmamışıq

Son aylarda ümumtəhsil müəssisələrində neqativ hallar nazirlik tərəfindən araşdırılıb. Bir çox məktəblərdə belə hallar baş verir və bundan sığortalanmamışıq.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, bunlar məktəbdaxili mühit, ailə, müəllim-şagird kimi münasibətlərdən qaynaqlana bilər: “Belə hallarda uşaq 14 yaşdan yuxarıdırsa, qanuna uyğun olaraq hüquq-mühafizə orqanları prosesə cəlb olunur və məhkəmə qərarı ilə cinayəti törədən şəxslərə cəza verilir. Lakin cinayət olmadıqda inzibati xətaya uyğun cəza tətbiq edilə bilər”.

Nazir şagirdlər arasında baş verən neqativ halların videoya çəkilərək müəllimlərin üzərinə məsuliyyət yüklənməsini düzgün olmadığını qeyd edib: “Burada ilk olaraq belə halların baş verməməsi üçün nə etməli olduğumuzu düşünməliyik. Belə hallarda vaxtında polisə müraciət etmək lazımdır. Məktəbdə hadisə olubsa, valideyn əsasən 1 həftə ərzində bunu bilməlidir. Bu hadisələr gizlədilməməlidir. Eyni zamanda, bu hadisələrin müzakirəsi zamanı müəllimi gözdən salmamalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR