Slimfit
  1. AZƏRBAYCAN

“Əmək” ordeni ilə təltif olunmuş fermer: Torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır

“Əmək” ordeni ilə təltif olunmuş fermer: Torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır
Sakura

“Əmək” ordeni ilə təltif olunmuş fermer: Torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır

Babək rayonunun Cəhri kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. Kənd əhalisinin başlıca məşğuliyyət sahələri içərisində taxılçılıq xüsusi yer tutur. Bu gün həmin yaşayış məntəqəsinin sakinləri muxtar respublikada taxılçılığın inkişafına öz töhfələrini verirlər.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları həmin kəndə gedib, uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçisi Sənan Novruzovla həmsöhbət olublar.

Cəhrili fermer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Sənan Novruzov bildirib ki, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb. Bununla da 225 hektar əkin sahəsindən bol məhsul əldə edib. Onun 135 hektarı icarəyə götürülmüş dəmyə sahə olub. O, həm də 90 hektar suvarılan sahədə taxıl əkini həyata keçirib. Onun da 210,1 hektarını buğda, 14,9 hektarını arpa təşkil edib.

Təsərrüfatçı 18 ildir taxılçılıqla məşğuldur. Deyir ki, taxılçılıq qayğı istəyən sahədir. Əkiləcək sahəyə toxum səpməklə və ya zəmini suvarmaqla iş bitmir. Gərək əkilən sahəyə lazımi mineral gübrələr verəsən, ziyanvericilərə qarşı mübarizə tədbirləri görəsən, bir sözlə, bütün işləri vaxtlı-vaxtında yerinə yetirəsən. “Onu da deyim ki, torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Bu il də tədarük etdiyim taxıldan payızlıq əkin üçün toxumluq götürmüşəm. Çalışıram ki, payızlıq əkin kampaniyasını vaxtında başa çatdırım. Hazırda şum qaldırılması ilə məşğuluq. 250-300 hektara yaxın sahədə taxıl əkini nəzərdə tutulub. Torpağın artıq 20-30 hektarının şumlanması başa çatıb”, - deyə cəhrili fermer bildirib.

Torpaq mülkiyyətçisi təsərrüfat işlərində “Sampo” kombaynından və “Belarus” markalı traktordan istifadə edir. Həmin texnikaları güzəştli kredit hesabına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən alıb.

Sənan Novruzov onu da qeyd edib ki, dövlət tərəfindən hər il güzəştli qiymətlərlə mineral gübrələr, əkilən sahələrdə ziyanvericilərin qarşısını almaq üçün dərman vasitələri, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların verilməsi taxılçılığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Bütün bunların nəticəsində becərmə işlərinin səmərəsi daha da artır, məhsuldarlıq getdikcə yüksəlir.

Kənddəki “Ruzi” adlı un dəyirmanının da sahibi olan Sənan Novruzov müəssisənin 2000-ci ildə yaradıldığını vurğulayıb. Bir gündə 3 ton buğda üyüdülən müəssisədə bütün işlər mexanikləşdirilib, 6 nəfər işlə təmin olunub. Ötən illərdə dəyirmanın istehsal sahəsi genişləndirilib və çörəkbişirmə sahəsi fəaliyyətə başlayıb.

Onu da öyrəndik ki, kənddə fəaliyyət göstərən dəyirmana təkcə Cəhri kəndindən deyil, qonşu yaşayış məntəqələrindən də taxıl üyütmək üçün məhsul gətirilir. Müəssisədə un və kəpək hazırlanır. Burada bişirilən çörək Cəhri kənd sakinləri ilə yanaşı, rayonun Nəzərabad, Didivar, Vayxır, Gülşənabad, Payız, Buzqov və digər kəndlərinə də göndərilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR