Slimfit
  1. AZƏRBAYCAN

Elxan Ələsgərov: Erməni nazir Rusiyaya qarşı ərazi iddiaları irəli sürüb

Elxan Ələsgərov: Erməni nazir Rusiyaya qarşı ərazi iddiaları irəli sürüb
Sakura

Elxan Ələsgərov: Erməni nazir Rusiyaya qarşı ərazi iddiaları irəli sürüb

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safadi ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Armavirdə faşist əlaltısı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi barədə məlumatı qəribə şəkildə şərh edib.

Zohrab Mnatsakanyanın bəyanatından məlum olur ki, rəsmi Yerevan Rusiya hökumətinin qərarına qarşıdır, çünki xatirə lövhəsi erməni kilsəsinə məxsus ərazidə quraşdırılıb. Bu il oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsində ictimai-siyasi tədbirlər mövzusuna toxunub. Azərbaycan Prezidenti öz çıxışında MDB məkanında, xüsusən Ermənistanda nasistlərin və faşist xadimlərin qəhrəmanlaşdırılması baş verir. Nümunə qismində 2016-cı ildə Yerevanın mərkəzində faşistlərin əlaltısı Qaregin Njdeyə heykəlin ucaldılması faktı göstərilib. Azərbaycan Prezidenti vurğulayıb ki, Böyük Vətən müharibəsi veteranları Ermənistan hakimiyyətinin bu addımına dəfələrlə etirazını bildirib və bu fakt Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzəsinə öz əksini tapıb.

Azərbaycan Prezidentinin Aşqabaddakı bəyanatları Rusiyada eşidildi və Rusiya ictimaiyyətinin geniş təbəqələri, Dövlət Dumasının deputatları, siyasətçilər və əhali arasında müsbət reaksiya doğurdu. Sonuncular Rusiyada, Armavir şəhərindəki erməni apostol kilsəsinin ərazisində quraşdırılmış xatirə lövhəsinin sökülməsini tələb ediblər.

Noyabrın 13-də həmin kilsənin ərazisində şəhər dumasının deputatı Aleksey Vinoqradov SSRİ-yə qarşı casusluq fəaliyyətinə görə məhkum olunmuş Qaregin Njdeyə quraşdırılan xatirə lövhəsini qara rənglə boyayıb. Rusiyalı siyasətçilər, Dövlət Dumasının deputatları və yerli ictimaiyyətin etirazlarından sonra noyabrın 30-da şəhər rəhbərliyinin göstərişi ilə xatirə lövhəsi sökülüb. Yerevanda mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan daha əvvəl baş nazir Nikol Paşinyanın Bişkekdəki bəyanatlarına bənzər Rusiya hakimiyyətinin qərarına qarşı çıxış edib. Njdenin xatirə lövhəsinin sökülməsi barədə qərarı etibarsızlaşdırmağa çalışan nazir ənənəvi olaraq “söküntünün bərpa məqsədi ilə” baş verdiyi barədə yalan danışıb. Bundan başqa, Z.Mnatsakanyan vurğulayıb ki, problemi “dini azlıqların hüquqlarının pozulması prizmasından nəzərdə keçirir və ümumiyyətlə bu ərazi erməni kilsəsinin mülkiyyətidir. Yəqin Z.Mnatsakanyan unudub ki, Njdenin sökülmüş xatirə lövhəsi Rusiyada, Ermənistana məxsus olmayan ərazidə quraşdırılmışdı. Erməni kilsəsinin ərazisində faşist Ermənistanında hökm sürən canavar qanunları şamil olunmur. Bura nasizmin və faşizmin qəhrəmanlaşdırılmasının qanunla qadağan olunduğu Rusiyadır. Z.Mnatsakanyanın Rusiya hakimiyyətinin Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi qərarını erməni kilsəsinin torpaq sahəsinin məxsusluğu bəhanəsi ilə etibarsızlaşdırmaq cəhdləri Rusiyaya qarşı ərazi iddialarına bərabərdir.

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan Ələsgərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR