Elmar Məmmədyarov üç ölkənin xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev və Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara ilə bir araya gəlib.
Görüşlərdə ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlıəməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT BaşAssambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər müzakirə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət