Dərc edildi: Baxış sayı: 555
Elmar Məmmədyarov: "Müstəqilliyimizi, suverenliyimizi gücləndirməliyik"
"Biz Azərbaycanın müstəqilliyini, suverenliyini gücləndirməliyik".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən konfransda deyib.
Nazir bildirib ki, ölkənin müstəqilliyini, suverenliyini gücləndirmək xarici siyasətin ən vacib prioritetlərindən biridir.
Perudan səfərdən yenicə qayıtdığını xatırladan E. Məmmədyarov qeyd edib ki, keçirdiyi bütün görüşlərin ana xəttini enerji təhlükəsizliyi ilə bağlı məsələlər təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət