Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov İraqa gedəcək

Elmar Məmmədyarov İraqa gedəcək
Sakura

Elmar Məmmədyarov İraqa gedəcək

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim əl-Yusifi ilə görüşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə İraqın Xarici İşlər naziri Məhəmməd Əli Əlhakimin səmimi salamlarını çatdıran Hazim əl-Yusifi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq duyduğunu vurğulayıb. İraqlı nazir müavini Azərbaycanda böyük inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin edildiyini, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirərək, tərəflər arasında qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırdı. O, nazir Elmar Məmmədyarovu İraqa səfərə dəvət edib.

Xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən danışan nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusi vurğulayıb.

Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR