Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov: "Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər"

Elmar Məmmədyarov: "Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər"
Sakura

Elmar Məmmədyarov: "Ermənilər işğal olunmuş ərazilərin demoqrafik fonunu süni şəkildə dəyişirlər"

"Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik fonunu süni şəkildə dəyişirlər. Məsələn, Ermənistan hökumətinin özü Suriya ermənilərinin köçürülməsini elan edib və bu, elə Ermənistanın özünün də təsdiq etdiyi bir sıra beynəlxalq konvensiyaların pozulması deməkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransın açılışında deyib.

O bildirib: "Həmçinin öyrənmişik ki, Ermənistanın işğal etdiyi Azərbaycanın bəzi bölgələrində bir sıra tanınmış xarici şirkətlər, məsələn, İsveçrənin saat hazırlanması üzrə ixtisaslaşan "Frank Muller" şirkəti qeyri-qanuni fəaliyyət göstərir. Onlar orada hətta zavod da tikiblər. Bu barədə isveçrəli tərəfdaşlarımızla danışdıq və orada bir sıra şirkətlərin qeyri-qanuni fəaliyyətinin dayandırılmasına nail olduq. Hesab edirik ki, hamısına qarşı belə olmalıdır. Dövlətlər öz şirkətlərinin beynəlxalq hüquq normalarını pozmasına imkan verməməlidir".

XİN başçısı beynəlxalq əməkdaşlıq qaydalarına, hüquqa riayət edilməyəcəyi təqdirdə heç nəyə nail olunmayacağını söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR