Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Elm təsdiqlədi - Bu hərəkət sizi daha ağıllı edəcək

Elm təsdiqlədi - Bu hərəkət sizi daha ağıllı edəcək
Sakura

Elm təsdiqlədi - Bu hərəkət sizi daha ağıllı edəcək

İnsanların çox hissəsinin beyninin bütün potensialından istifadə edə bilməməsi müəyyən mənada qəbul edilmiş faktdır. Ancaq neyrobioloqlar iddia edir ki, insan beyninin bacarmadığı heç nə yoxdur. Onlar hesab edir ki, müəyyən məşqlər beynin inkişafını gücləndirməyə kömək edir. Üstəlik bu məşq çox sadədir.

Publika.az oxucuları beyni inkişaf etdirən məşq və onun təsiri ilə tanış edib.

Qaçış beyinə elə aydınlıq gətirir ki, onu hətta dünyanın ən tünd qəhvəsi də bacara bilməz.

Əgər hər hansı mövzuda məqalə, ya roman yazırsınızsa və hansısa epizodda ilişib qalmısınızsa, qaçmağa başlayın.

Bütün həyatınızı dəyişə biləcək bir qərar verməyə hazırlaşırsınız? Odur ki, bir-iki dövrə vurmağa dəyər.

Özünüzü kədərli, tənha və sıxılmış limon kimi hiss edirsiniz? Qaçış sizə kömək edəcək. Bir sözlə, hər hansı məsələdə ilişib qalmısınızsa, qaçın.

Bəs adi qaçışın magik gücü nədədir? Sehrli təsiri nə ilə izah olunur?

Yazıçı Coys Kerol Outs yazır ki, biz qaçanda addımların ritmində sadəcə ağlın və bədənin ritmini hiss edirik.

Ola bilsin ki, bu barədə ən yaxşı Monte Devis "Qaçış sevinci" kitabında yazıb: "Uzun müddət qaçmaq zehni gücləndirir".

İntensiv qaçış sizi tamamilə yeni insana çevirə bilər ... Və bu iddia elmi nöqteyi nəzərdən tamamilə sübut olunub. Əvvəllər beyində məhdud sayda neyron olduğuna və yetkinlik dövrü bitdikdə neyron sayının ömrün sonuna qədər dəyişməz qalacağına inanılırdı. Məlum olub ki, bu nəzəriyyə doğru deyil. Tədqiqatın nəticələri göstərir ki, insanın həyatı boyu beyində yeni neyronlar meydana gəlməkdə davam edir. Hipokampus - yeni bilik və yaddaşın mənimsənilməsi prosesi ilə əlaqəli beynin bir hissəsidir. Xüsusən də intensiv aerobika, neyronların meydana gəlməsinə kömək edir.

ABŞ-ın Neyropsixologiya Akademiyasının prezidenti Karen Postalın sözlərinə görə, təxminən 30-40 dəqiqə tərləyənə qədər fiziki məşqlər etsəniz, beyninizdə yeni yaddaşdan cavabdehlik daşıyan neyronlar meydana gəlməyə başlayacaq.

Uzun müddət qaçışdan sonra artan beyin fəaliyyəti beynin frontal loblarında da qeydə alınır. 30-40 dəqiqə (tərləməyiniz üçün kifayətdir) ərzində intensiv aerobika məşqləri (məsələn, qaçış) edərkən, oksigenlə zəngin qan, beynin bu bölgəsinə axır və "yüksək sürətdə" fəaliyyət göstərir. Nəticə etibarı ilə planlaşdırma, fikri cəmləşdirmək, qərarlar vermək, aydın məqsədlər qoymaq və s. kimi xüsusiyyətləri yaxşılaşdırır.

Related image

Harvard Universitetinin psixoloqu Emili Bernşteynin tədqiqatları isə göstərib ki, qaçış eyni zamanda emosional tənzimləmə ilə çox yaxından bağlıdır. Professor müntəzəm olaraq qaçıb və hər qaçışdan sonra gördüyü müsbət dəyişikliyi öyrənməyə qərar verib:

"Dərhal sezdim ki, çox hərəkət edəndə özümü daha yaxşı hiss edirəm. Qaçışın müsbət təsirlərini aşkar edəndə bu bioloji fenomenin mexanizminin nədən ibarət olduğunu öyrənməyə qərar verdim!".

O, Harvard Universitetinin professoru Riçard MakNalli ilə birlikdə tədqiqat aparıb. Araşdırmada iştirak edən könüllülərə çox emosional video göstərilib - 1979-cu ildə çəkilən "Çempion" filminin son səhnəsi. Nümayişdən sonra iştirakçılardan özlərini necə hiss etdikləri barədə sorğu keçirilib. Növbəti mərhələdə 80 iştirakçının yarısına yarım saat qaçmaq, digər hissəsinə isə yüngül fiziki məşqləri yerinə yetirmək tapşırığı verilib. Məlum olub ki, yarım saat qaçan insan, emosional travmadan daha sürətlə xilas olur. Emosional planda onlar daha möhkəmdir və duyğularına daha yaxşı nəzarət edə bilirlər.

Beləliklə, qaçış, sadəcə beynimizə müsbət təsir göstərmir, həm də emosional vəziyyəti yaxşılaşdırır. Alimlər bunun konkret izahını hələ ki, tapa bilməyib: qaçarkən ağlımız buludlarda olur, hətta bizi tanımadığımız yerlərə aparıb çıxarır. Şüurlu olmaq, yaxud da burada və indi olmaq qabiliyyəti həyatımıza çox faydalı təsir göstərir, lakin heç olmasa zaman-zaman öz düşüncələrində itirmək imkanı da vacibdir.

"Psixologiyada Sərhədlər" jurnalında dərc olunan məqalədən bu hissəni nəzərdən keçirək:

"Ağlımız həm təsadüfən, həm də şüurlu şəkildə qarışıq fikirlər arasında dolaşmağı sevir, çünki bu proses çox vaxt əhəmiyyətli qərarların verilməsinə birbaşa müsbət təsir göstərir. Odur ki, diqqət pozğunluğundan əziyyət çəkirsinizsə, bu, sizə kiçik narahatlıq yaradacaq. Lakin bu dəyişiklik vacib bir şeyi yadda saxlamağa, ilhamlanmağa, imkan verirsə, yaxşıdır.

Auditoriyada hekayə danışan zaman bir dəqiqəliyinə donub qalsanız və boşluğa baxsanız, bununla barışmaq olar. Lakin bu fasilə sizə nəyisə xatırlamağa imkan verirsə, o zaman bu, hekayəni daha təsiredici və parlaq edəcək".

Öz düşüncələrində itməyin üstün cəhətləri çox vaxt dəqiq ölçülə bilməsə də, bu o demək deyil ki, onlar yoxdur. Haruki Murakami "Mən qaçış haqqında danışanda nədən danışıram" kitabında yazdığı kimi - "Sadəcə boşluqda qaçıram, yaxud da tamamilə əksinə: boşluğu tapmaq üçün qaçıram".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR