Slimfit
  1. AZƏRBAYCAN

“Elm haqqında” qanuna dəyişiklik edilir

“Elm haqqında” qanuna dəyişiklik edilir
Sakura

“Elm haqqında” qanuna dəyişiklik edilir

Millli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında  “Elm haqqında” qanuna dəyişiklik təklif olunub. “Qafqazinfo” xəbər verir ki,  qanunun 39-cu maddəsinin 39.6- cı bəndinə təklif olunan dəyişikliyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda doktorantura səviyyəsində təhsil alması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsis etdiyi qrant proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. 

 Bundan əlavə, komitədə “ Təhsil haqqında” qanun layihəsinə dəyişiklik təklif olunur. Maddə 7-nin 7.3-cü bəndinə təklif  olunan dəyişikliyə görə, tədris dilini zəif bilən təhsialanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.  

Maddə 22-nin 22.12- ci  bəndi isə doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azrbaycanlın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.  Maddə 44-ə isə yeni 44.1-1 –ci bəndin əlavə edilməsi təklif edilir.  

Yeni  bənddə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kovotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir. 

 Sözügedən dəyişikliklər müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR