Slimfit
  1. DÜNYA

Əliyevin Paşinyana cavabı barədə yazan jurnalist təqib edilir

Əliyevin Paşinyana cavabı barədə yazan jurnalist təqib edilir
Sakura

Əliyevin Paşinyana cavabı barədə yazan jurnalist təqib edilir

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqaləni dərc etdirən “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın olub.

Axar.az xəbər verir ki, bu yaxınlarda baş nazir Nikol Paşinyanın tərəfdarlarının parlamentdə istefasına səs verdikləri Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın jurnalist bacısı Anjela Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib. O əlavə edib ki, baş nazirin tərəfdarlarının onu “Qarabağ əleyhinə” fəaliyyətdə ittiham etmələri də gülüncdür. Jurnalist qadının ofisinə basqın edənlər məqaləni dərc etmiş "Hayeli.am" qəzetinin də bağlanılmasını tələb ediblər.

“Aeli” (“Ayna”) saytının baş redaktoru və eyniadlı mətbuat klubunun rəhbəri olan Anjela Tovmasyan jurnalistlərə özünün Yerevanın mərkəzindəki ofisinə basqın təşkil edildiyini və bu insidentin onu və qardaşını qorxutmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, hakimiyyətin öyrətdiyi dörd nəfər binanın şüşələrinə yumurta atıb və divarlara plakatlar yapışdırıblar. Bu iyrənc hərəkətləri həmin binada yerləşən “Qraparak” qəzetinin müxbiri videoya çəkib.

Jurnalist qadın deyib ki, ofisə basqın edilməsi onun jurnalist fəaliyyəti və qardaşının hakimiyyətin qanunsuz qərarlarına etiraz etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları göndəriblər. A.Tovmasyan insidenti törədənlərin cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Paşinyanın “Mənim addımım” parlament fraksiyası Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə səsvermə keçirib və qərarı təsdiq edilməsi üçün məhkəməni üzvlərinə göndərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR