Slimfit
  1. CƏMİYYƏT

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır
Sakura

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.

"Bəzən vizual olaraq görünən insanlara əlillik təyin edilmir. Bu məsələnin aidiyyatı qurumla geniş müzakirə vacibdir”, deyə o, bəyan edib.

Komitə sədri Hadı Rəcəbli isə deyib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər: “Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR